Seramik plitələrin istehsalında təqribən 33% gil, 22% kvars qumu, kaolin, kalsit və dolomit kimi digər xammal növlərindən istifadə olunur. Abşeron və Gəncə-Qazax iqtisadi rayonları ərazisində kifayət qədər xammal yataqları olduğundan xammala olan tələbatın çox hissəsini yerli xammal və materiallar hesabına ödəyə biləcəyik. Zavodun daxili imkanları hesabına xammal bazasının yaradılması məqsədilə tərəfimizdən geoloji tədqiqatlar aparılmışdır. Artıq seramik plitələrin istehsalında yerli xammala keçmək üçün aparılan geoloji tədqiqat işləri yekunlaşdırılmış və yaxın zamanlarda zavodda 80% yerli xammal bazasından istifadə edilməyə başlanacaqdır.